Azərbaycan millisi Serbiyadan əliboş qayıdır

  • 13 Oktyabr 2021 01:06
  • 64

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya yığmasının qonağı olub.

Dörd qolun qeydə alındığı bu qarşılaşma meydan sahibləri inamlı qələbəsi qazanıb.

Azərbaycan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

Bu gün qrupun digər matçında Portuqaliya yığması evdə Lüksemburqu sınağa çəkib. Bu görüşdə də meydan sahibləri darmadağınla qalib gəlib – 5:0.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur

12 oktyabr

Serbiya – Azərbaycan 3:1
Qol: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.
Baş hakim: Erik Lambrekts (Belçika)
Belqrad. “Rayko Mitiç” stadionu.