Neymar hər oyunda fərq yarada bilməz

  • 13 Oktyabr 2021 12:00
  • 27

Braziliya milli komandasının baş məşqçisi Tite DÇ-2022-nin seçmə mərhələsində Kolumbiya ilə qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, “Goal” nəşrinə danışan 60 yaşlı mütəxəssis, komandanın hücumçusu Neymarın çıxışı haqda danışıb:

“Neymar bütün komanda kimi yaxşı oynadı. Hamı hər oyunda ondan fərqli bir şeylər gözləyir, biz bunu bilirik. Neymarı bəzən bir neçə müdafiəçi birdən saxlayır. Neymar hər oyunda fərq yarada bilməz”.