Pukki millinin tarixinə düşdü

  • 13 Oktyabr 2021 17:36
  • 29

Finlandiya milli komandası DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanı məğlub edib – 2:0.

Corner.az xəbər verir ki, sözügedən qarşılaşmada dubl edən finlandiyalı hücumçu Teemu Pukki yığmanın tarixinə düşüb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun Qazaxıstanla səfər matçında vurduğu qollar onun yığmadakı 32 və 33-cü qolu olub. Pukki 33 qolla Finlandiya milli komandasının ən yaxşı bombardiri olub.

Bundan əvvəlki rekordçu 32 qolla keçmiş hücumçu Yari Litmanen idi.