De Byazi Kosova yığmasını çalışdırmaq istəyir

  • 14 Oktyabr 2021 00:02
  • 66

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasını çalışdırmaq istəyir.

Corner.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis bu barədə "indeksonline" nəşrinə açıqlamasında deyib.

İtaliyalı mütəxəssis sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".

De Byazi Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyi sözlərini də əlavə edib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".

Qeyd edək ki, Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib. B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb.