Afrika Millətlər Kuboku: Patrik Andrade məğlubiyyətə üzüldü

  • 14 Yanvar 2022 10:29
  • 75

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib. Corner.az xəbər verir ki, beşinci oyun günündə daha iki qarşılaşma baş tutub.
 
A qrupunda Kamerun yığması bu dəfə Efiopiya ilə üz-üzə gəlib və böyük hesabla qalib gəlib. Kabo Verde millisi isə Burkina Faso ilə qarşılaşıb və minimal hesabla uduzub. Kabo Verde yığmasının üzvü olan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün ilk dəqiqələrindən meydanda olub. O, 73-cü dəqiqədə əvəzlənib.
 
Afrika Millətlər Kuboku
A qrupu
13 yanvar
 
Kamerun – Efiopiya 4:1
Qol: Ekambi, 8; 67. Abubakar, 53; 55 – Hotessa, 4.
 
Kabo Verde – Burkina Faso 0:1
Qol: Bande, 39.
 
Xal durumu: Kamerun – 6, Burkina Faso – 3, Kabo Verde – 3, Efiopiya – 0.