Almanlar ikinci dəfə bu aqibəti yaşadı

  • 23 Noyabr 2022 21:12
  • 62

Almaniya millisi ardıcıl ikinci dəfə dünya çempionatında açılış oyunlarını uduzub.

Corner.az 'Squawka"ya istinadən xəbər verir ki, Qətərdəki dünya çempionatının E qrupunda Yaponiyaya 1:2 hesabı ilə uduzan Avropa təmsilçisi 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda isə Meksika ilə bacarmayıb - 0:1.

Bundan başqa, Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv dünya çempionatlarındakı son 4 matçından 3-dən məğlubiyyətə üzülüb. Rusiyadakı mundialda Meksika və Cənubi Koreya almaniyalılar bu aqibəti yaşadıb.

Almaniya yığması həm də 1978-dən bəri ilk dəfə hansısa mundialda birinci hissədən sonra hesabda öndə olduğu matçda uduzdu. Bu gün Yaponiyaya uduzan (1:2) Bundestim, o zaman Avstriyaya təslim olmuşdu - 2:3.

Qeyd edək ki, Almaniya millisi E qrupunda 2-ci oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.