DÇ-2022: Yaponiya yığması ilkə imza atdı

  • 24 Noyabr 2022 00:44
  • 46

Qətərdə təşkil olunan dünya çempionatındakı ilk oyununda Almaniya yığması Yaponiya ilə matçda 1:2 hesablı gözlənilməz məğlubiyyətə üzülüb.

Corner.az xəbər verir ki, Bundestim 33-cü dəqiqədə İlkay Gündoğanın dəqiq yerinə yetirdiyi penalti qolu ilə hesabda önə keçsə də, ikinci hissədə sonradan oyuna daxil olan Ritsu Doan və Takuma Asano fərqlənərək yaponlara əzmkar qələbə qazandırdı.
 
Yaponiya yığması tarixində ilk dəfə dünya çempionatlarında qol buraxdıqdan sonra əzmkar qələbəyə sevinən tərəf olub Bunadək yaponlar hesabda geri düşdükləri oyunlarda 2 heç-heçə etdikləri halda, 7 məğlub olublar.
 
Maraqlıdır ki, Yaponiyaya qələbə qazandıran qolları məhz Almaniya Bundesliqasında çıxış edən oyunçular vurdular. Doan “Frayburq”da, Asano “Bohum”da forma geyinir. Yaponiya həm də dünya çempionatları tarixində Almaniyaya qarşı oyuna sonradan daxil olan iki oyunçusu qol vuran ilk komandaya çevrilib