DÇ-2022: İspaniya və Belçika qələbə, Almaniya məğlubiyyətlə başladı

  • 24 Noyabr 2022 01:10
  • 55

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçirilib. Corner.az xəbər verir ki, günün ilk matçı F qrupunda baş tutub. Xorvatiya millisi Mərakeşlə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Bu qrupun digər matçında Belçika yığması Kanada ilə üz-üzə gəlib. Avropa təmsilçisi 3 xalı tək qolla qazanıb.

E qrupunda Almaniya seçməsi Yaponiya ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda hesabı almanlar açsa da, yaponlar əzmkar qələbə qazanıb. İspaniya isə Kosta Rikanı sınağa çəkib və 7 cavabsız qolla qalib gəlib.

Dünya çempionatı
23 noyabr

F qrupu

Mərakeş - Xorvatiya 0:0
Baş hakim: Fernando Rapallini (Argentina).
"Əl-Bayt" stadionu.

Belçika - Kanada 1:0
Qol: M.Batşuayi, 44. 
Matçın 11-ci dəqiqəsində A.Deyvis penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Canni Sikazve (Zambiya).
"Əhməd Bin Əli" stadionu.

E qrupu

Almaniya - Yaponiya 1:2
Qol: İ.Gündoğan, 33-pen - R.Doan, 75. T.Asano, 83.
Baş hakim: İvan Barton (Salvador).
"Xəlifə" stadionu.

İspaniya - Kosta Rika 7:0
Qol: D.Olmo, 11. M.Asensio, 21. F.Torres, 31-pen; 54. Qavi, 74. K.Soler, 90. A.Morata, 90+2.
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
"Al Tumama" stadionu.