Heç bir bəhanə yoxdur - Messi

  • 24 Noyabr 2022 10:54
  • 45

Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına məğlubiyyətdən (1:2) sonra açıqlama verib. Corner.az xəbər verir ki, o, nəticədən narazı qaldığını bildirib.

“Heç bir bəhanə yoxdur. Biz həmişəkindən daha güclü olacağıq. Çoxdandır rastlaşmadığımız vəziyyətdir. İndi Argentina millisi əsl komanda olduğunu göstərməlidir. Səhvləri düzəltməli və məqsədimizə çatmağa çalışmalıyıq”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanına məğlub olduğu oyunda Argentinanın yeganə qolunu Messi vurub.