Beşiktaş'ın futbolçusundan DÇ-da tarixi rekord

  • 24 Noyabr 2022 11:03
  • 37

Kanada yığmasının və "Beşiktaş"ın yarımmüdafiəçisi Atiba Hatçinson dünya çempionatında yeni rekord müəyyənləşdirib. Corner.az xəbər verir ki, təcrübəli oyunçu buna qrup mərhələsinin birinci turu çərçivəsində baş tutan Kanada - Belçika matçında meydana çıxmaqla nail olub.
 
O, mundial tarixində start heyətdə meydana çıxan ən yaşlı futbolçu qismində tarixə düşüb. Hatçinson 39 yaş 288 günlüyündə ilk "11-lik"də yer alıb.
 
Kanadalı futbolçu həm də 1994-cü ildən bəri DÇ-də oynamış ən yaşlı oyunçu ünvanına yiyələnib. Həmin ildə keçirilən dünya birinciliyində Kamerun millisinin hücumçusu Roje Milla 42 yaş 39 günlüyündə Braziliyaya qarşı matça (0:3) çıxıb.