Mbappe hər gün ağlayırdı

  • 26 Noyabr 2022 12:36
  • 58

“Mən təkəbbürlü görünmək istəmirəm, amma bəzi digər valideynlərə pis nümunə olmaq istəmədim”. Corner.az xəbər verir ki, bunu PSJ və Fransa yığmasının futbolçusu Kilian Mbappenin atası Vifrid Mbappe deyib.

O, oğlunun “Monako”da çıxış etdiyi vaxtlara da toxunub: “Kilian karyerasının əvvəlində “Monako”da ehtiyat oyunçular skamyasında problemlərlə üzləşəndə, ​​bu vəziyyəti qəbul etmək mənim üçün çətin idi. Bunun oğlumun yolunda ilk maneə olduğunu düşünürdüm. Hər gün ağlayırdı. Amma ən çətini o idi ki, bunun üçün izahat yox idi. Mən özümü məşqçinin yerinə qoyduğum üçün, qarışmaqdan imtina etdim. Valideynlərin onun işinə qarışması adətən məşqçinin xoşuna gəlmir. Kilian daha sonra qətiyyətli, çalışqan bir gəncə çevrildi. O, yetkinləşdi və uşaqlığı 16 yaşında başa çatdı”.