DÇ-2022: Tarixi rekord təkrarlandı

- 26 Noyabr 2022 16:54
- 52
DÇ-2022-nin ikinci turunun Niderlandla qarşılaşmasında Ekvador millisinin hücumçusu Enner Valensiya tarixi rekordu təkrarlayıb. Corner.az xəbər verir ki, futbolçu DÇ-2022-nin bombardirlər siyahısında liderdir.
33 yaşlı futbolçu DÇ-2022-də üçüncü dəfə fərqlənərək Ekvador yığmasının son 6 qolunun müəllifi kimi tarixə düşüb (3-ü Braziliyada, 3-ü Qətərdə).
Əvvəl yalnız üç oyunçu – 1966-cı ildə portuqaliyalı Eysebio, 1982-ci ildə italiyalı Paolo Rossi, 1994-cü ildə isə rusiyalı Oleq Salenko bunu bacara bilib.