Heç-heçə dünyanın sonu deyil

  • 26 Noyabr 2022 17:01
  • 55

İngiltərə millisinin futbolçusu Harri Keyn dünya çempionatının II turunda ABŞ-yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, "Tottenhem" klubunda çıxış edən 29 yaşlı hücumçu 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
 
"Ən yaxşı oyunumuzu oynaya bilmədik. İmkanlarımızdan yararlana bilmədik. Son zərbələrdə dəqiqlik çatışmırdı. İranla oyunda fərqli olaraq, bu dəfə fürsətləri dəyərləndirməyi bacarmadıq. Rəqibin də imkanları oldu. Güclü komandaya qarşı oynadıq, yaxşı pressinq edirərək pisə çətinlik yaratdılar.
 
Heç-heçə dünyanın sonu deyil. Qrupda hazırda zirvədəyik. Növbəti matçı səbirsizliklə gözləyirik".