Biz mütləq qalib gəlməliydik - Messi

  • 27 Noyabr 2022 14:17
  • 49

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin ikinci turunun Meksika yığması ilə oyunda (2:0) qazandıqları qələbəni şərh edib. Corner.az xəbər verir ki, 35 yaşlı forvard ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib:
 
“Çox çətin matç oldu. Meksikanın güclü baş məşqçisi var. İkinci hissədə daha sakit oynamağa başlayaraq, topu nəzarətimizə keçirdik. Biz mütləq qalib gəlməliydik”.
 
Messi zədələnməsinə dair yayılan iddialara da toxunub:
 
“Zədə? Bilmirəm niyə bu qədər çox fikirlər səsləndirildi. Hər şeyin yaxşı olduğunu bildirmək istəyirəm. Mən normal məşq keçirdim”.
 
İki turdan sonra qrupa Polşa millisi başçılıq edir. Argentina ikinci, Səudiyyə Ərəbistanı üçüncü, Meksika isə sonuncu pillədə yer alıb.
 
Qrup mərhələsinin sonuncu matçında Argentina Polşa ilə, Meksika isə Səudiyyə Ərəbistanı millisi ilə üz-üzə gələcək.