De Yonq millidən getdi

  • 3 Mart 2023 22:19
  • 59

PSV-nin hücumçusu Lyuk De Yonq Niderland millisindəki karyerasını başa vurub.
Corner.Az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu özünün sosial şəbəkə hesablarında yazıb: “Millidə oynamaq mənim üçün şərəf idi. Bütün xatirələrə görə təşəkkür edirəm”.
Qeyd edək ki, De Yonq 2011-ci ildən Niderland millisində çıxış edirdi. O, yığmanın heyətində 38 oyuna çıxıb, 12 qol vurub.