Zirə'nin bir legioneri Nigeriyaya qarşı oynadı, digəri ehtiyatda qaldı

  • 25 Mart 2023 16:46
  • 65

"Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb.
 
Corner.az xəbər verir ki, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyaya 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.
 
“Zirə”nin nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər Kubokunun seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.