Ağayevdən sarı vərəqə, Marko Veşoviçdən qələbə

  • 24 Mart 2023 23:20
  • 70

AÇ-2024-ün seçmə mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, G qrupunda baş tutan qarşılaşmalardan birini azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. 
 
Belə ki, Ağayevin idarə etdiyi Bolqarıstan – Monteneqro görüşündə meydan sahibləri məğlubiyyətə üzülüb. Oyunda yeganə qola 70-ci dəqiqədə Nikola Krstoviç imza atıb. “Ludoqorets Arena”da baş tutan qarşılaşmada həmyerlimiz  43-cü dəqiqədə qonaq komandanın müdafiəçisi, Madrid “Atletiko”sundan tanınan Stefan Saviçi sarı vərəqə ilə cəzalandırıb. 
 
 “Qarabağ”ın futbolçusu Marko Veşoviç bu oyunda sonadək meydanda olub.