Messi yüz'ü het-triklə keçdi

  • 29 Mart 2023 12:22
  • 65

Kurasao ilə keçirilən yoldaşlıq görüşü Argentina yığmasının kapitanı Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, komandasının 7:0 hesabı ilə qalib gəldiyi görüşdə het-trik edən 36 yaşlı ulduz millidə 100 qol səddini keçib.
 
O, bunu bacaran 3-cü oyunçu olub. Hazırda yığmada aktivində 102 top olan Messini yalnız Əli Deai (İran – 109 qol) və Kriştiano Ronaldo (Portuqaliya – 122) qabaqlayır.
 
Qeyd edək ki, Argentina millisi ötən il Qətərdə keçirilən dünya çempionatını qazanıb.