Kunts'dan məğlubiyyət şərhi

  • 29 Mart 2023 12:32
  • 86

Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Xorvatiya ilə görüşünü (0:2) şərh edib. Corner.az xəbər verir ki, alman mütəxəssis, rəqibin onlardan üstün oynadığını deyib:
 
“Əlbəttə, nəticədən razı deyiləm. Birinci hissədə biz oyun planımıza sadiq qaldıq. Çox yaxşı 3-4 qol epizodu yaratdıq. Xorvatlar topla çox yaxşı davranırlar”.
 
Türkiyə millisi hazırda D qrupunda 3 xalla üçüncü, Xorvatiya isə 4 xalla ikincidir.