Millimizin rəqibi 69 il sonra ilkə imza atdı

  • 29 Mart 2023 16:27
  • 63

Futbol üzrə Belçika millisi ötən gecə yoldaşlıq oyununda qarşılaşdığı Almaniya yığmasını 3:2 hesabıyla məğlub edib. Corner.az xəbər verir ki, belçikalılar 1954-cü ildən sonra ilk dəfə almanlar üzərində qələbəyə seviniblər.
 
Sözügedən komanda yeni baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altındakı ardıcıl ikinci matçından da qalib ayrılıb. Belçika yığması bir neçə gün öncə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsveç yığmasına da 3:0 hesabıyla qalib gəlmişdi.
 
Xatırladaq ki, Belçika yığması AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda mübarizə aparır.