Millimizin rəqibinin kapitanı karyerasını bitirdi

  • 5 Mart 2020 17:55
  • 103

Kipr millisinin kapitanı Giorqos Merkis yığma karyerasını başa vurduğunu açıqlayıb.

Corner.az-ın məlumatına görə, bu barədə 36 yaşlı müdafiəçi özünün rəsmi "İnstagram" hesabında paylaşım edib.

Hazırda ölkəsində APOEL klubunun formasını geyinən təcrübəli oyunçu yerli futbol federasiyasını da bu barədə məlumatlandırıb. Federasiyanın prezidenti Giorqos Kumas müdafiəçiyə xidmətlərinə görə təşəkkürünü bildirib, ona klub karyerasında uğurlar arzulayıb.

Yığmada 54 oyun keçirən Merkis 2 qola imza atıb.

Qeyd edək ki, Kipr yığması UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Azərbaycan, Monteneqro və Lüksemburqla birgə yer alıb. (report)