Lider olmağa hər cür şansımız var - Olivye Tillin

  • 7 Mart 2020 14:53
  • 83

UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycana rəqib olan Lüksemburq yığmasının və Rusiya Premyer Liqa təmsilçisi “Ufa” klubunun futbolçusu Olivye Tillin müsahibəsi

- UEFA Millətlər Liqasında düşdüyünüz qrupu necə dəyərləndirirsiz?

- Çox yaxşı qrupdur. Qrupumuzda güclü komandalar yer alır. Lakin biz daha yaxşı çıxış etməyə çalışmalıyıq. Ümid edirəm ki, meydana çıxdığımız hər matçda xal almağı bacaracağıq.

- Hansı komandanı favorit saymaq olar?

- Bilmirəm. Məncə, hər komandanın qrupu lider kimi bitirmək şansı var. Azərbaycan da, Monteneqro da, Kipr də yaxşı heyətə malikdir. Lakin FİFA reytinqi ilə baxsaq, Monteneqro favoritdir. Amma bu, sadəcə, reytinqdir. Hər şeyə meydanda aydınlıq gələcək.

- Lüksemburqun heyətinə baxsaq, əvvəlki illərə nisbətən xeyli güclüdür. Avropanın güclü çempionatlarında çıxış edən futbolçularınız var…

- Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik. Gənc komandamız var. Heyət baxımından təbii ki, hər şey yaxşıdır. Düşünürəm ki, qrupu lider kimi tamamlamaq üçün hər cür şansımız var.

- Azərbaycan futbolu haqqında hər hansı informasiyanız var?

- Yox, elə də çox deyil. Lakin bir dəfə mən “Qəbələ”yə qarşı oynamışam. Onların fantastik stadionu var. Bakı da çox gözəl şəhərdir. Fikrimcə, Azərbaycan millisi bütün gücünü meydanda qoyacaq. Onlar üçün də böyük şansdır. Hər matç “ölüm-qalım döyüşü” olacaq.

- Azərbaycan yığması dəfələrlə Lüksemburqla üz-üzə gəlib. Həmin matçlardan xatırladıqlarınız var?

- Təəssüf ki, yox. Meydana çıxmadığım üçün xatırlamıram. futbolinfo.az