Millətlər Liqasının pley-off oyunlarının vaxtı dəyişdirildi

  • 17 Mart 2020 19:57
  • 84

UEFA Millətlər Liqasının pley-off oyunları təxirə salınıb.

Corner.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb.

Qərara əsasən, yarımfinallar martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.

A Liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra Avro-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq.