Millətlər Liqasında pley-off oyunları növbəti dəfə təxirə salındı

  • 1 Aprel 2020 16:54
  • 51

UEFA Millətlər Liqasının pley-off oyunları növbəti dəfə təxirə salınıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib.

UEFA daha öncə 26 - 31 martda baş tutmalı olan görüşləri təxirə salmışdı. 

Bildirilib ki, iyun ayında planlaşdırılan yoldaşlıq görüşləri də baş tutmayacaq. Qurum yerli çempionatların yekunlaşmasını və avrokubokların başa çatmasını istəyir.

Millətlər Liqasında ikinci mövsümün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə, daha sonra yarışa qatılacaq.

A Liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.