Fransa millisinin üzvündə koronavirus aşkarlandı

  • 13 Oktyabr 2021 16:05
  • 35

Fransa millisinin və "Milan" klubunun futbolçusu Teo Ernandesdə koronavirus aşkarlanıb

Corner.az A Seriya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının oyunlarından sonra 24 yaşlı müdafiəçidən götürülmüş testin nəticəsi pozitiv çıxıb. Karantinə alınan futbolçunun vəziyyətinin yaxşı olduğunu bildirilib.

Qeyd edək ki, Fransa yığması UEFA Millətlər Liqasının qalibi olub.