Millətlər Liqası: Final mərhələsinin ən yaxşı qolu bilindi + VİDEO

  • 13 Oktyabr 2021 17:12
  • 32

UEFA Millətlər Liqasının final mərhələsinin ən yaxşı qolu açıqlanıb.

Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa yığmasının hücumçusu Kərim Benzamanın finalda İspaniya seçməsinə vurduğu top ən yaxşı seçilib.

33 yaşlı hücumçu 66-cı dəqiqədə fərqlənərək hesabı bərabərləşdirmişdi.

Qeyd edək ki, rəqibinə 2:1 hesabı ilə qalib gələn Fransa yığması Millətlər Liqasının qalibi olub.