Slovakiya - Azərbaycan matçının stadionu açıqlandı

  • 18 May 2022 22:42
  • 43

Azərbaycan yığmasının səfərdə Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup oyunun stadionu bəlli olub.

Corner.az Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, görüş Trnava şəhərindəki Anton Malatinski stadionunda baş tutacaq.

Sentyabrın 22-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası Millətlər Liqasındakı ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.