İbrahimoviç Millətlər Liqasında oynamayacaq

  • 19 May 2022 13:07
  • 55

İtaliyanın "Milan" klubunda çıxış edən İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu milli komandadan göndərilmiş dəvətdən imtina edib.

İbrahimoviçin  karyerasını başa vurmasa da, fiziki formasında problem yaşadığı mövsümdən sonra fasilə vermək istədiyi vurğulanıb.

Qeyd edək ki, "Milan" sona bir tur qalmış A Seriyasında 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq. İsveç millisi Millətlər Liqasında mübarizəyə iyunun 2-də Sloveniya səfərində başlayacaq. Komanda iyunun 5-də və 12-də Norveçlə, iyunun 9-da Serbiya ilə üz-üzə gələcək.