Almaniya millisində koronavirus şoku

  • 21 Sentyabr 2022 23:00
  • 65

Futbol üzrə Almaniya milli komandası ciddi itkilərlə üzləşib. Corner.az xəbər verir ki, Manuel Noyer və Leon Qoretska yığma komandalarına kömək edə bilməyəcəklər .
 
Buna səbəb sözügedən futbolçuların koronavirus testinin nəticəsinin müsbət çıxması olub. Hər iki futbolçu milli komandadan uzaqlaşdırılıb. Əvəzində “Hoffenhaym”ın qapıçısı Oliver Baumann milliyə çağırılıb.
 
Almaniya millisi UEFA Millətlər Liqasında Macarıstan və İngiltərə ilə qarşılaşacaq.