Şotlandiya millisi Ukrayna yığmasına darmadağınla qalib gəldi

  • 22 Sentyabr 2022 09:10
  • 52

UEFA Millətlər Liqasının B Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında 1-ci qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.

Corner.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda baş tutan matçda meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Şotlandlar 3 xalı 3 cavabsız qolla qazanıblar.

Bu qələbə sayəsində Şotlandiya yığması 9 xalla qrup liderliyini ələ keçirib. Ukrayna yığması isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
B Divizionu, 1-ci qrup
21 sentyabr

Şotlandiya – Ukrayna 3:0
Qol: Makqinn, 70. Dayks, 80; 87.
Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qlazqo. “Hempden Park” stadionu.

Xal: Şotlandiya – 9. Ukrayna – 7. İrlandiya – 4. Ermənistan – 3.