Neftçi'nin sabiq prezidentinə UEFA-dan təyinat

  • 22 Sentyabr 2022 10:49
  • 48

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb. Corner.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turu çərçivəsində Serbiya və İsveç milli komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.
 
Sentyabrın 24-də baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
 
Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.