Azərbaycan - Qazaxıstan matçı almanlara tapşırıldı

  • 22 Sentyabr 2022 14:34
  • 37

UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. Corner.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Almaniyadan olan olan hakimlər briqadasına tapşırıb.
 
Qarşılaşmanın baş hakimi Harm Osmers olacaq. Ona yan xətt hakimləri Robert Kempter və Dominik Şaal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.
 
İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.
 
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək bu matça saat 20:00-da start veriləcək.