Kriştiano Ronaldo mükafatlandırıldı

  • 22 Sentyabr 2022 17:07
  • 58

Portuqaliya millisinin və "Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo milli komandaların ən yaxşı bombardiri mükafatına layiq görülüb. Corner.az xəbər verir ki, 37 yaşlı forvard, bu mükafatı aldığına görə xoşbəxt olduğunu bildirib:
 
“Milli komandaların ən yaxşı bombardiri mükafatını aldığıma görə xoşbəxtəm. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm”.
 
Sentyabrın 24-də Portuqaliya millisi UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Çexiya ilə qarşılaşacaq.
 
Kriştiano millinin heyətində keçirdiyi 189 oyunda 117 qol vuraraq, 109 qola sahib iranlı sabiq hücumçu Əli Daeini qabaqlayır.