Azərbaycan millisi Slovakiyaya səfərdə qalib gəldi

  • 23 Sentyabr 2022 00:49
  • 74

futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Azərbaycan yığması səfərdə Slovakiya millisinin qonağı olub.

Slovaklar turnir cədvəlinin zirvəsində qərarlaşan Qazaxıstana yaxınlaşmaq üçün bu oyuna ancaq qələbə üçün çıxmışdılar. Hesabında 4 xal olan Azərbaycan millisinin bu görüşdə qələbə qazanmaq şansı az görünsə də Canni De Byazinin komandasının ən azı bir xal üçün mübarizə aparacağı gözlənilən idi. Qarşılaşmada isə hesabı Azərbaycan yığması açsa da, meydan sahibləri əlavə vaxtda penalti sayəsində hesabı bərabərləşdiriblər. Amma yekunda komandamız rəqib qapısına daha bir qol vuraraq, qələbə qazanıb.

Qrupun digər oyununda lider Qazaxıstan Belarusu qəbul edib. Üç qolun qeydə alındığı matçdan qələbə ilə ayrılan qazaxlar B Liqasına vəsiqəni təmin ediblər.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22 sentyabr

Slovakiya – Azərbaycan 1:2
Qol: E.Yirka, 90+3-pen – R.Dadaşov, 44. H.Haqverdi, 90+5.
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Frensis Konnor, Doland Robertson (hamısı Şotlandiya).
Trnava. Anton Malatinski stadionu.