Millimiz Qazaxıstan üzərində darmadağına sevindi

  • 25 Sentyabr 2022 22:09
  • 89

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

C liqasının 3-cü qrupunda yer alan millimiz doğma meydanda qrup liderliyini təmin etmiş Qazaxıstan yığmasını qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup liderinə də ilk məğlubiyyəti yaşatmağı bacarıb. Bu görüşdən də qələbə ilə ayrılan millimiz qrup ikinciliyini qoruyub. 

Bu gün qrupun digər oyununda Slovakiya yığması evdə Belarus millii ilə qarşılaşıb. Bu oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

UEFA Millətlər Liqası
C liqası, 3-cü qrup
25 sentyabr

Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.
Qırmızı vərəqə: N.Alip, 36.
Baş hakim: Harm Osmers (Almaniya).
Bakı. “Dalğa Arena”.