Xorvatiya və Niderland da final mərhələsinə yüksəldi

  • 26 Sentyabr 2022 00:57
  • 103

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu – 6-cı tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya səfərdə Avstriyanın, Fransa Danimarkanın qonağı olub. Sonuncu turda yalnız Xorvatiya və Danimarkanın final mərhələsinə yüksəlmək şansı qalmışdı. Avstriya üzərində inamlı qələbə qazanan xorvatlar qrup liderliyinə də yüksəlib. Fransa yığması isə Danimarka ilə oyunda 2 cavabsız qola uduzub.

4-cü qrupda Niderland  doğma meydanda Belçikanı, Uesl Polşanı qəbul edib. Meydan sahibləri çətin qələbə qazanaraq qrup liderliyini rəsmiləşdirib. Britaniyalılar isə Polşaya məğlub olaraq aşağı liqaya düşüb.

C Liqasındakı görüşlər formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli idi. Azərbaycan yığmasının qrup lideri Qazaxıstana böyük hesabla qalib gəldiyi gündə, qrupun digər matçında (Belarus – Slovakiya) qalib müəyyənləşməyib.

Türkiyə millisi səfərdə Farer adalarına, Litva isə Lüksemburqun qonağı olub. Hər iki görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub.

D Liqasında Andorra doğma meydanda Latviya ilə, Moldova isə Lixtenşteyni sınağa çəkib. Latviya bu tur xal itkisi ilə üzləşsə də, liderliyini qoruyub və C Liqasına vəsiqə qazanıb. Eyni xala malik olan Moldova isə qrupda ikinci yerdə qərarlaşıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
25 sentyabr

A Liqası, 1-ci qrup

Avstriya – Xorvatiya 1:3
Qol: Baumqartner, 9 – Modriç, 6. Livaya, 69. Lovren, 72.

Danimarka – Fransa 2:0
Qol: Dolberq, 34. Olsen, 39.

Xal: Xorvatiya – 13. Danimarka – 12. Fransa – 5. Avstriya – 4.

A Liqası, 4-cü qrup

Niderland – Belçika 1:0
Qol: Van Deyk, 73.

Uels – Polşa 0:1
Qol: Sviderski, 58.

Xal: Niderland – 16. Belçika – 10. Polşa – 7. Uels – 1.

C Liqası, 1-ci qrup

Farer adaları – Türkiyə 2:1
Qol: Davidsen, 53. Edmundsson, 59 – S.Gürler, 89.

Lüksemburq – Litva 1:0
Qol: Rodriqes, 88.

Xal: Türkiyə – 13. Lüksemburq – 11. Farer adaları – 8. Litva – 1.

C Liqası, 3-cü qrup

Slovakiya – Belarus 1:1
Qol: Zrelak, 65 – Baxar, 45.

Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.

Xal: Qazaxıstan – 13, Azərbaycan – 10. Slovakiya – 7. Belarus – 3.

D Liqası, 1-ci qrup

Andorra – Latviya 1:1
Qol: Rosas, 88 – Qutkovski, 50.

Moldova – Lixtenşteyn 2:0
Qol: Stina, 90+2; 90+4.

Xal: Latviya – 13. Moldova – 13. Andorra – 8. Lixtenşteyn – 0.