Luka Modriçdən tarixi uğur

  • 26 Sentyabr 2022 09:19
  • 107

Xorvatiya millisin futbolçusu Luka Modriç milli komanda da tarixi nailiyyətə imza atıb.

Corner.az-ın məlumatına görə, təcrübəli futbolçu buna səfərdə Avstriyaya 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında fərqlənməklə nail olub.

İspaniyanın "Real Madrid" klubunda çıxış edən Modriç yığmanın tarixində qol vuran ən yaşlı oyunçu ünvanınıb sahibi olub. O, 37 yaş 16 günlüyündə bunu bacarıb. Əvvəlki rekord 36 yaş 327-ci günündə fərqlənən Niko Kovaça məxsus idi.

Qeyd edək ki, Xorvatiya millisi A Liqasının 1-ci qrupunda 13 xal toplayaraq lider olub və final mərhələsinə yüksəlib.